Mini futbol turniri davam edir

Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə keçirilən mini futbol turnirində 8 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin tabeliyində olan və strukturuna daxil olan qurumlar arasında mini futbol turniri davam edir.

8/1 final oyunlarında 16 komanda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda 8 komanda növbəti mərhələyə vəsiqə qazanıb.