İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

24 oktyabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Qobustan şəhəri, Heydər Əliyev prospekti 521 ünvanında, Qobustan Gənclər Evinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.