2025-ci ilin fevral ayında Çağrı Mərkəzinə 48 minə yaxın müraciət olub

2025-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 48 minə yaxın müraciət olub.

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci ilin fevral ayı ərzində 43 240 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 47 861 müraciət olub.

Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülür.

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.