İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilib.
Yarış Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 28 komanda mübarizə aparır.