İqtisadiyyat Nazirliyi və “Visa” şirkəti arasında KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Visa” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.
Görüşdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və “Visa” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Anlaşma Memorandumu iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlıq mühitinin dəstəklənməsinə mühüm töhfə verəcək.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib