İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edəcək

16 yanvar 2026-cı il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-dan etibarən Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında Şəmkir Gənclər Evin keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya 195-1 Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.