Azərbaycanın iqtisadiyyat naziri və İtaliyanın şirkətlər və "Made in Italy" naziri ölkələrimiz arasında strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarovla İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında telefonla videozəng formatında müzakirə aparılıb.
Müzakirədə Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadiyyatın müxtəlif istiqamətləri, enerji və sənaye üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub.
Söhbət zamanı nazir Adolfo Urso SOCAR-ın İtaliyada yanacağın qiymətlərini IP (“Italiana Petroli”) şəbəkəsində sabit saxlamaq qərarını yüksək qiymətləndirib.
Tərəflər kritik xammal, süni intellektin sənaye və və iqtisadiyyatda tətbiqi kimi strateji sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur