Minskdə keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində Azərbaycan şirkətləri müxtəlif sahələri əhatə edən məhsullarla vahid ölkə stendində təmsil olunublar.
30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində iştirak edib.
Azərbaycan şirkətləri sərgidə vahid ölkə stendi ilə təmsil olunub. Stenddə sənaye və texniki həllər, xüsusi təyinatlı işçi ayaqqabıları, lak-boya və tikinti-kimya məhsulları, sənaye filterləri, istilik izolyasiya materialları, maşınqayırma, xüsusi və sənaye texnikası, eləcə də polad və digər metal məmulatları nümayiş etdirilib.
Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin sənaye məhsul və həllərinin beynəlxalq iştirakçılara təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi üçün müzakirələr aparılıb.
Qeyd edək ki, “INNOPROM. Belarus” sənaye, maşınqayırma, metallurgiya, sənayenin avtomatlaşdırılması, rəqəmsal texnologiyalar və innovativ həllər sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirən beynəlxalq sənaye platformasıdır.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur