Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib