Görüşdə Azərbaycan–Çin Sənaye Parkının yaradılması, birgə investisiyaların cəlbi, infrastruktur və sənaye layihələri üzrə potensial əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb.
Görüşdə Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan–Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tərəflər birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq barədə fikir mübadiləsi aparıblar.
“CSCEC International” bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkədir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.
Oktyabr 30, 2026 16:19
Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
Oktyabr 26, 2026 11:39
Birləşmiş Krallıqda iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub