Oktyabrın 4-də keçirilən hərracda 14 dövlət əmlakı satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013 illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (  https://clck.ru/sKmjK )  

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.