Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsi
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)
Azərbaycan ilə Aİ arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. TƏS 10 il müddətinə imzalanmış və 2009-cu ildə Sazişin icra müddəti bitdiyi üçün onun icrası hər il 1 il müddətinə uzadılır.
Avropa Qonşuluq Siyasəti (AQS)
2004-cü ildə Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin AQS-ə cəlb olunmasına dair tövsiyəsi qəbul edilmişdir 14 noyabr 2006-cı il tarixində 5-illik Fəaliyyət Planı qəbul edilmişdir. Fəaliyyət Planında 10 prioritet istiqamət müəyyən edilmişdir: 1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, 2) Demokratiyanın gücləndirilməsi, 3) Qanunun aliliyinin, insan hüquqlarının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi, 4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, 5) Gömrük xidməti işinin yaxşılaşdırılması, 6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək, 7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, 8) Aİ-Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, 9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi, 10) Regional əməkdaşlığın gücləndirilməsi.
Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu
2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.
“Şərq Tərəfdaşlığı” təşəbbüsü
Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” (ŞT) təşəbbüsü AQS çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. ŞT çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün aşağıdakı platformalar təsis olunmuşdur:
İN Platforma 2-nin ümumi iclaslarında və həmin platformanın nəzdində yaradılmış “Ticarət” və “Struktur islahatlar, maliyyə sektoru, kənd təsərrüfatı və kiçik və orta sahibkarlıq” üzrə panellərin iclaslarında iştirak edir.
Platformalar çərçivəsində mütəmadi olaraq iclaslar keçirilir.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası
"Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 dekabr tarixli 2597 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Komissiyanın sədri təyin edilmişdir.
2013-cü ilin 24 avqust tarixində Komissiyanın 4-cü iclası keçirilmişdir. İclasda Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2013-2014-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.
Komissiyanın tərkibində bir sıra işçi qrupları fəaliyyət göstərir. Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də İqtisadiyyat Nazirliyinin sədrlik etdiyi İqtisadi Məsələlər üzrə İşçi Qrupudur. İşçi Qrupunun fəaliyyəti Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul edilmiş Fəaliyyət Planının iqtisadi məsələləri əsasında hazırlanan “İş Planı” və “Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2013-2014-cü illər üçün Tədbirlər Planı”nın icrasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 1382 nömrəli Sərəncamı ilə Komissiyanın adı dəyişdirilərək “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli 1807 nömrəli Sərəncamına əsasən Komissiyanın tərkibinə dəyişiklik edilmiş və 40 üzvü təsdiq edilmişdir. Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayev təyin edilmişdir.
Aİ ilə Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq
1992-2006-cı illərdə Aİ-nın TACİS Proqramı, Fövqəladə Yardım Proqramı (EXAP), ECHO Humanitar yardım Proqramı, FEOGA Ərzaq Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı (FSP – Food Security Programme), Bərpa Proqramı (REHAB), Fövqəladə Humanitar Yardım Proqramı (EHA) və s. proqramlar çərçivəsində Azərbaycana humanitar, texniki və ərzaq yardımı göstərilmişdir.
Avropa İttifaqının yardım alətləri
2007-2013-cü illər arasında Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA), 2014-2021-ci illər arasında Avropa Qonşuluq Aləti (AQA) tətbiq olunmuşdur. 2022-ci ildən etibarən isə Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti (QİBƏA) tətbiq olunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün tvinninq, texniki yardım, TAİEX və digər alətlər vasitəsilə yardım göstərilməsi nəzərdə tutulur.
QİBƏA çərçivəsində Azərbaycana göstəriləcək yardımlar Avropa İttifaqının 2021-2027-ci illər üzrə Azərbaycan üçün Çoxillik İndikativ Proqramda müəyyən olunan aşağıdakı prioritet sahələrə yönləndiriləcəkdir:
dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar;
hesabatlı institutlar, qanunun aliliyi və təhlükəsizlik;
ətraf mühit və iqlim dayanıqlılığı;
davamlı rəqəmsal transformasiya;
dayanıqlı, gender bərabərli, ədalətli və inklüziv cəmiyyətlər.
Tvinninq Aləti
Hazırda, Azərbaycan Respublikası tvinninq layihələrinin sayı üzrə regionda liderdir. 2010-cu ildə İN-in benefisiarı olduğu layihə Avropa Komissiyası tərəfindən ən uğurlu 4 layihədən biri, 2011-ci ildə isə Milli Məclisin benefisiarı olduğu layihə ən uğurlu 3 layihədən biri hesab edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin benefisiarı olduğu tvinninq layihəsi 2014-cü il ərzində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi 2016-cı il ərzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi 2018-ci il ərzində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin benefisiarı olduğu tvinninq layihəsi 2019-cu il ərzində Aİ tərəfindən bütün ölkələrdə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri kimi seçilmişdir.
Tvinninq layihələrindən artıq 50-nin icrası başa çatmış və 6-ı icradadır.
TAİEX
2011-ci ildə 34 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 10-u Azərbaycanda seminarın keçirilməsi, 15-i ekspert missiyası, 9-u isə təlim səfəridir.
2012-ci ildə 39 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 12-si Azərbaycanda seminarın keçirilməsi, 16-i ekspert missiyası, 11-i isə təlim səfəridir.
2013-cü ildə 50 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 16-sı Azərbaycanda seminarın keçirilməsi, 20-si ekspert missiyası, 14-ü təlim səfəridir.
2014-cü ildə 21 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 6-sı Azərbaycanda seminarın keçirilməsi, 10-u ekspert missiyası və 5-i təlim səfəridir.
2015-ci ildə 54 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 17-si Azərbaycanda seminarın keçirilməsi, 21-i ekspert missiyası və 16-sı təlim səfəridir.
2016-cı ildə 33 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 13-ü Azərbaycanda seminarın keçirilməsi, 6-sı ekspert missiyası və 14-ü təlim səfəridir.
2017-ci ildə 71 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 17-i Azərbaycanda seminarın keçirilməsi, 22-i ekspert missiyası, 30-u təlim səfəri, 2-i isə tədbirlər silsiləsidir.
2018-ci ildə 100 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 24-ü Azərbaycanda seminarın keçirilməsi, 33-ü ekspert missiyası, 37-si təlim səfəri, 6-sı isə tədbirlər silsiləsidir.
2019-cu ildə 22 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 3-ü Azərbaycanda seminarın keçirilməsi, 9-u təlim səfəri, 7-si ekspert missiyası, 3-ü isə tədbirlər silsiləsidir.
2020-ci ildə 23 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 9-u Azərbaycanda seminarın keçirilməsi, 4-ü təlim səfəri, 10-u isə ekspert missiyasıdır.
2021-ci il ərzində 26 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 11-i Azərbaycanda seminarın keçirilməsi, 8-i təlim səfəri, 7-i isə ekspert missiyasıdır.
2022-ci il ərzində 29 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 9-u Azərbaycanda seminarın keçirilməsi, 11-i təlim səfəri, 9-u isə ekspert missiyasıdır.
2023-cü il ərzində 10 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 5-i təlim səfəri, 5-i isə ekspert missiyasıdır.
SİGMA
Ümumilikdə 15 SİGMA layihəsi həyata keçirilmişdir.
Aİ YARDIM ALƏTLƏRİ ÇƏRÇİVƏSİNDƏ İCRADA OLAN LAYİHƏLƏR
İcrada olan Tvinninq layihələri
1 |
Azərbaycanda sanitar və fitosanitar tədbirlərinin gücləndirilməsi |
Benefisiar: Qida Təhlükəsizliyi Agentliyi Müddət: 2020-2023 |
2 |
Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək |
Benefisiar: Azərbaycan Respublikasının Baş Prokurorluğu Müddət: 2022-2024 |
3 |
Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Faza 2) |
Benefisiar: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Müddət: 2022-2024 |
5 |
Azərbaycanda pensiya islahatlarına dəstək (Faza 2) |
Benefisiar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müddət: 2022-2024 |
5 |
Azərbaycanda hidrometeoroloji və iqlim xidmətlərinin gücləndirilməsi |
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Müddət: 2022-2024 |
6 |
Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi |
Benefisiar: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Müddət: 2022-2024 |
İqtisadiyyat Nazirliyi aşağıdakı texniki yardım layihəsinin benefisiarıdır:
1 |
Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi |
Müddət: 2021-2024 |