Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilatın adı

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilata dair ümumi məlumat

· Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) yaradılmasının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreyanın qrant yardımı proqramlarının rolunun artmasına nail olmaqdır;

· Təşkilat 1991-ci ildə təsis olunmuş və baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşir;

  • 01.12.2020-ci il tarixindən etibarən Sohn Hyuk Sanq KOICA-ya rəhbərlik edir;

· Təşkilatın 44 tərəfdaş ölkədə nümayəndəlikləri mövcuddur;

· Əsas fəaliyyət sahələri təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı və balıqçılıq, sənaye və enerjidir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· Ölkəmizin KOICA ilə əməkdaşlığı 1994-cü ildə başlamışdır. Belə ki, həmin il təxirəsalınmaz vəziyyətlə əlaqədar təşkilat Azərbaycana yardım etmişdir.

· KOICA-nın Azərbaycan Nümayəndəliyi 2009-cu ilin fevral ayında açılmışdır.

  • Ölkə üzrə director Sulim Hvanqdır.

· Hazırda KOICA tərəfindən 1 layihənin icrası davam etdirilməkdədir.

  • Cari layihələr:

- Azərbaycanda münaqişənin təsirinə məruz qalmış insanların yaşayış şəraitinə dəstək.