Təşkilatın adı |
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) |
Təşkilata dair ümumi məlumat |
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Azərbaycan Respublikası 30 iyul 1992-ci ildə UNESCAP-a üzv olmuşdur, Şimali və Mərkəzi Asiya üzrə UNESCAP subregionuna daxildir; · Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir. İcmalda makroiqtisadi göstəricilər, iqtisadi və sosial siyasət sahələri, həmçinin iqtisadi artım, inflyasiya, ticarət və investisiya, maliyyə bazarları, məşğulluq, miqrasiya və pul köçürmələri, fiskal balans, maliyyə sektorunun inkişafı və tədiyyə balansının mövqeyi və digər məsələlər əks olunur; · UNESCAP BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə birgə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) təsisçisidir. Azərbaycan Respublikası proqramda fəal iştirak edir. Azərbaycan 2023-cü ildə SPECA-da sədr ölkə olmuşdur. |