Təşkilatın adı |
Dünya İqtisadi Forumu (DİF) |
Təşkilata dair ümumi məlumat |
· Yaranma tarixi: 1971-ci il. · 1987-ci ildə Avropa Menecment Forumunun nüfuz dairəsini genişləndirmək və dialoq üçün daha geniş platforma təqdim etmək məqsədilə adı dəyişdirilərək Dünya İqtisadi Forumu adlandırılmışdır. · Məqsədi: məsuliyyətli və uğurlu idarəetməyə dair yanaşmaların hazırlanması üçün beynəlxalq sənayedə sıx əməkdaşlığa şərait yaradan tədbirlərin təşviq edilməsi. · Təsisçi və icraçı sədr: Klaus Şvab. · Prezident: Borge Brende. · Mənzil qərargah: Cenevrə, İsveçrə. · Üzvlük: Forum şirkətlərlə tərəfdaşlıq formatında əməkdaşlıq edir. 1976-cı ildə Forum “1000 dünyanın ən qabaqcıl şirkətləri”nin üzvlük sistemini tətbiq etməyə başladı. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· İqtisadiyyat Nazirliyi Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etməkdədir.
· Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi: o 21 yanvar 2020-ci il tarixində Davos Forumunda Azərbaycan Respublikasının Prezidenti ilə DİF-in prezidenti arasında niyyət protokolunun imzalanması ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzinin (Azərbaycan Mərkəzi) yaradılmasının əsası qoyulmuşdur. o 2021-ci ilin 30 mart tarixində Azərbaycan Respublikası Hökuməti ilə DİF arasında Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzin yaradılmasına dair Razılaşma və təsis sənədləri imzalanmış və cari ilin 1 aprel tarixindən qüvvəyə minmişdir. Mərkəz - Azərbaycan MDB məkanında yaradılan ilk bu növ qurumdur. o 23 fevral 2022-ci il tarixində DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılış mərasimi və “Dördüncü Sənaye İnqilabında trendlər” mövzusunda tədbir keçirilmişdir.
· Tədbir və təşəbbüslərdə iştirak: o İqtisadiyyat naziri Mikayıl Cabbarov 2021-ci ilin 6 aprel tarixində Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi tərəfindən ilk dəfə olaraq təşkil edilən Qlobal Texnologiyaların İdarə Edilməsi Sammitində (GTGS) çərçivəsində keçirilən “Süni İntellektə dair Milli Strategiyaların hazırlanması” mövzusunda sessiyada iştirak etmişdir. o DİF-in “Tarixin dönüş nöqtəsi: ölkələrin siyasətləri və biznes strategiyaları” mövzusunda keçirilən İllik Toplantısında iştirak məqsədilə iqtisadiyyat naziri Mikayıl Cabbarov 22-25 may 2022-ci il tarixlərində İsveçrənin Davos şəhərinə səfər etmiş, sözügedən tədbir çərçivəsində 23 may tarixində keçirilən “Avrasiyaya strateji baxış” sessiyasında və 24 may tarixində təşkil edilən Forumun “Neft və Qaz Cəmiyyəti”nin işgüzar şam yeməyində çıxış etmişdir. o DİF-in 53-cü İllik Toplantısında iştirak məqsədilə iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov 17-19 yanvar 2023-cü il tarixlərində İsveçrə Konfederasiyasının Davos şəhərinə səfər etmiş, “İş Konsorsiumu: İşin Gələcəyinə Yeni Baxışa Doğru” mövzusunda sessiyaya qatılmış, eləcə də “Gələcək nəsil sənaye strategiyaları” və “Rəhbərlərin birgə görüşü: mövcud geosiyasi mənzərə” mövzusunda sessiyalarda çıxış etmişdir. o 2-3 may 2023-cü il tarixlərində Cenevrədə keçirilən DİF-in İnkişaf Sammitində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirak etmişdir. o 27-29 iyun 2023-cü il tarixlərində Çin Xalq Respublikasının Tiantzin şəhərində keçirilən DİF-in “Yeni qaliblərin 14-cü İllik Toplantısı”nda İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. o 2020-2021-ci ildə "Avrasiya üçün baxış" strateji təşəbbüsü çərçivəsində İqtisadiyyat Nazirliyinin əməkdaşı Təqaüd Proqramında iştirak etmişdir. Həmçinin¸2020-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Rəqəmsal Ticarət” platforması çərçivəsində təcrübə proqramının iştirakçısı (“Centre Fellow”) olmuşdur. o DİF-in 54-cü İllik Toplantısında iştirak məqsədilə cənab Mikayıl Cabbarov 15-19 yanvar 2024-cü il tarixlərində İsveçrə Konfederasiyasının Davos şəhərinə səfər etmiş, “COP28 və irəliyə aparan yol”, “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı (IGWEL): 2030-cu ilə doğru” və “Ticarət və investisiya liderlərinin işgüzar naharı” sessiyalarda çıxış etmişdir. o 28-29 aprel 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində DİF-in "Qlobal əməkdaşlıq, inkişaf və enerji" mövzusuna həsr olunmuş xüsusi toplantısına cənab Mikayıl Cabbarov "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı (IGWEL) yüksək səviyyəli nahar: Qlobal təhlükəsizlik və inkişaf gündəliyinin planlaşdırılması" və “İnsanlar, Siyasət, Maliyyə: Bərabər Enerji Keçidinin həyata keçirilməsi” sessiyalarına qatılmışdır. o 24-27 iyun 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçirilən DİF-in “Yeni qaliblərin 15-ci İllik Toplantısı”nda İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. |