Təşkilatın adı |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) |
Təşkilata dair ümumi məlumat |
· Yaranma tarixi: 1961-ci il. · Məqsədi: üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etməkdən ibarətdir. · Baş katib: Matias Korman (01.06.2021-ci ildən). · Mənzil qərargah: Paris, Fransa. · Üzv ölkələrin sayı: 38 üzv (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Kolumbiya, Kosta-Rika, Meksika, Yeni Zelandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri). |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Azərbaycan üzv deyil. Azərbaycanın təşkilatla əməkdaşlığı 2009-cu ildən OECD-nın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan OECD Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində həyata keçirilir. · İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanan hesabatlar: "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi", "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi", "Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi: Qida emalı vəziyyətinin öyrənilməsi", “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi”. · Tədbirlər: o 1 dekabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi ilə OECD-nin birgə təşkilatçılığı ilə “Azərbaycanda bərpa prosesinin dəstəklənməsi, KOB-un inkişafı və rəqəmsallaşdırılmasının təşviqi” mövzusunda vebinar keçirilmişdir. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas açılış nitqi ilə çıxış etmişdirlər. o 23 noyabr 2021-ci ilin tarixində OECD-nin “Azərbaycan üzrə təhlil icmalı: Rəqabət qabiliyyətini yüksəltmək üçün KOB-ların rəqəmsal transformasiyası” mövzusunda virtual formatda seminar keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Peter Mixalko açılış nitqi ilə çıxış etmişdir. o 30 noyabr 2021-ci il tarixində OECD-nin “COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal biznesin transformasiyasının təşviqi” mövzusunda hesabatının təqdimatına həsr olunan virtual formatda seminar keçirilmişdir. Tədbir çərçivəsində iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Şərq Tərəfdaşlığı ölkələrinə həsr olunan dəyirmi masada Azərbaycan Respublikasında KOB-ların rəqəmsallaşmasının təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. o 6 dekabr 2021-ci il tarixində təşkil edilən OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının Mərkəzi Asiya və Şərqi Avropa/Cənubi Qafqaz üzrə Rəhbər Komitələrinin birgə iclası keçirilmişdir. Sözügedən iclasda İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva çıxış etmiş və tədbir iştirakçılarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə OECD arasında hazırkı əməkdaşlıq, eləcə də gələcək birgə tədbirlər barədə məlumat vermişdir. o 27 aprel 2022-ci il tarixində Bakı şəhərində hibrid formatda OECD və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” mövzusunda tədbir keçirilmişdir. o 17 noyabr 2022-ci il tarixində OECD və Iqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, bir sıra dövlət qurumlarının iştirakı ilə Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi üzrə növbəti qiymətləndirmə mərhələsinə həsr olunan tədbir keçirilmişdir. o OECD-nin Şərq Tərəfdaşlığı ölkələrində “Kiçik Biznes Aktı” üzrə qiymətləndirmə layihəsi üzrə 19-20 iyun 2023-cü il tarixlərində Parisdə keçirilən “Regional tərəfdaşlıq seminarı”nda İqtisadiyyat Nazirliyinin nümayəndə heyətinin iştirakı təmin edilmişdir. o 12-14 dekabr 2023-cü il tarixlərində Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Təhdidlər dövründə birgə çalışmaq” mövzusunda Avrasiya Həftəsi keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. o 31 yanvar 2024-cü il tarixində cənab Mikayıl Cabbarov ilə OECD və Dünya Bankının fakt araşdırıcı missiyası arasında “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” adlı layihəsi ilə bağlı görüş keçirilmişdir. |