İslam Əməkdaşlıq Təşkilatı

Təşkilatın adı

İslam Əməkdaşlıq Təşkilatı (İsƏT)

Təşkilata dair ümumi məlumat

·         Yaranma tarixi: 25 sentyabr 1969-cu il.

·         Üzv dövlətlər: Azərbaycan, Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Cibuti, Çad, Əfqanıstan, Əlcəzair, Fələstin, İndoneziya, İordaniya, İran, İraq, Kamerun, Komor Adaları, Kot-d’İvuar, Küveyt, Qabon, Qətər, Qambiya, Qayana, Qazaxıstan, Qırğızıstan, Qvineya, Qvineya-Bisau, Livan, Liviya, Malayziya, Maldiv Respublikası, Mali, Mavritaniya, Mərakeş, Misir, Mozambik, Niger, Nigeriya, Oman, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Surinam, Suriya, Syerra Leone, Tacikistan, Türkiyə, Türkmənistan, Toqo, Tunis, Yəmən, Uqanda (ümumi 57 ölkə)

·         Məqsədi: Üzv dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi; ümumi maraqların qorunması və mühafizəsi, eləcə də üzv dövlətlərin haqlı mövqelərinin dəstəklənməsi, həmçinin beynəlxalq aləmdə və xüsusilə İslam aləmində üzləşdikləri problemlərə münasibətdə üzv dövlətlərin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi; təcavüz nəticəsində işğala məruz qalmış hər bir üzv dövlətin ərazi bütövlüyünün və tam suverenliyinin bərpa olunmasına beynəlxalq hüquqa əsaslanmaqla və müvafiq regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə dəstək vermək.

·         Strukturu:

·         Təşkilatın Katibliyi;

·         İslam Sammiti (Dövlət və Hökumət Başçılarının görüşü)

·         Sahəvi konfranslar (xarici işlər, informasiya, mədəniyyət, əmək, kənd təsərrüfatı və s. nazirlərinin, daimi nümayəndələrin görüşləri);

·         Köməkçi orqanlar (ümumi 6 orqan): Statistika, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC), Ticarətin İnkişafı üzrə İslam Mərkəzi (ICDT), İslam Həmrəylik Fondu, İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA), İslam Texnologiya İnstitutu, Beynəlxalq İslam Fiqh Akademiyası;

·         Əlaqəli orqanlar (ümumi 17 orqan): İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA), İslam Banklarının və Maliyyə İnstitutlarının Baş Şurası (CIBAFI), İslam ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAIC), İslam Ölkələrinin Daşınmaz Əmlak Birliyi (REUOS) və s.;

·         Ixtisaslaşmış orqanlar (ümumi 7 orqan): İslam İnkişaf Bankı (IDB), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), İslam Yayım Birliyi (İBU), İƏT Xəbər Agentlikləri Birliyi (UNA), Elm, Texnologiya və İnnovasiya Təşkilatı (STIO), Qida Təhlükəsizliyi İslam Təşkilatı (IOFS) və İslam Beynəlxalq Aypara Komitəsi.

·         Daimi Komitələr (ümumi 4 komitə): Qüds üzrə Komitə, İnformasiya və Mədəniyyət İşlər üzrə Daimi Komitə (COMIAC), Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitə (COMSTECH), İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitə (COMCEC).

Azərbaycanla təşkilat arasında əməkdaşlıq haqqında məlumat

·         Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan digər keçmiş sovet respublikalarından İƏT-ə üzv olmaq üçün müraciət edən və 1991-ci ildə üzv olan ilk dövlətdir.

·         İKT Ermənistanın Azərbaycana təcavüzünü pisləmiş və Azərbaycanın istər Zirvə Konfranslarında, istərsə də Xarici İşlər Nazirləri Konfransında marağı ilə bağlı qətnamələr qəbul etmişdir. İKT çərçivəsində ölkəmizə lazımi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir sıra Qətnamələr təsdiq edilmişdir.

·         Təşkilatın Xarici İşlər Nazirlərinin 33-cü Konfransı 2006-cı ildə Bakıda keçirilmişdir.

·         2010-cu ildə Bakıda İƏT İslam İnkişaf Bankının Direktorlar Şurasının 35-ci Assambleyası keçirilmişdir.

·         24-26 aprel 2019-cu il tarixlərində Rusiyanın Kazan şəhərində Rusiya və İKT ölkələrinin XI Beynəlxalq İqtisadi Sammiti (Kazan Sammiti-2019) keçirilmişdir. İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi iştirak etmişdir.

·         İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Daimi Komitə (COMCEC) ilə əməkdaşlıq haqqında:

·         İƏT-in 1981-ci ildə Məkkədə keçirilmiş 3-cü Zirvə Toplantısında yaradılmış COMCEC İslam dünyasının çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üçün əsas platformadır.

·         1984-cü il qərarına əsasən Türkiyə prezidenti daimi əsaslarla Komitəyə sədrlik edir. COMCEC-in Koordinasiya Ofisi (Katiblik) Ankarada yerləşir.

·         Ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və rabitə, maliyyə və yoxsulluğun azaldılması üzrə işçi qruplar fəaliyyət mexanizminin əsasını təşkil edir.

·         Hər il noyabr və ya dekabr aylarında İstanbulda COMCEC-ə üzv dövlətlərin illik sessiyası keçirilir və bu sessiya Türkiyə Prezidentinin çıxışı ilə açılır. İqtisadiyyat Nazirliyi mütəmadi olaraq COMCEC tədbirlərində iştirak edir.

·         Azərbaycan COMCEC-in ticarət, yoxsulluğun aradan qaldırılması, turizm və kənd təsərrüfatı üzrə işçi qruplarında təmsil olunur.

·         25-28 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 35-ci Nazirlər Toplantısı keçirilmişdir. İclasda iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

·         8-9 dekabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində İƏT-in Yüksək Səviyyəli Dövlət və Özəl Sektor İnvestisiya Konfransı keçirilmişdir. İclasda iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

·         25 noyabr 2020-ci il tarixində COMCEC-in 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi keçirilmişdir.

·         24 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin nümayəndəsi COMCEC-in Yoxsulluğun Azaldılması üzrə İşçi Qrupunun “COVID-19 pandemiyasının ATƏT-ə üzv dövlətlərdə sosial-iqtisadi bərabərsizliklərə mənfi təsiri” mövzusunda keçirilən iclasında iştirak etmişdir.

·         İqtisadiyyat Nazirliyi SESRIC tərəfindən 31 may – 2 iyun 2021-ci il tarixlərində “İslam kapital bazarında sukuk emissiyası” mövzusunda keçirilən təlimdə iştirakını təmin etmişdir.

·         24-25 noyabr 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində COMCEC-in 37-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

·         26-29 noyabr 2022-ci il tarixlərində İstanbul Türkiyə şəhərində COMCEC-in “COVID-19 Pandemiyası İşığında Effektiv Sosial Yardımın Təminatı və Sosial-İqtisadi Gücləndirmə” mövzusunda 38-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

·         4-5 dekabr 2023-cü il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu sessiyasının İstanbul şəhərində iclası keçirilmişdir. Azərbaycan tərəfindən nümayəndə heyətinin rəhbəri qismində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

·         24-25 aprel 2024-cü il tarixlərində “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində Halal Sənayenin İnkişafı” mövzusunda keçirilmiş seminarda İqtisadiyyat Nazirliyini tərəfindən iştirak olmuşdur.

·         25 iyun 2024-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) ilə Malayziyanın Təhsil Nazirliyi tərəfindən "Səmərəli Texniki və Peşə Təhsili və Tədris (TVET) sisteminin təşkili naminə dövlət-özəl tərəfdaşlığın gücləndirilməsi" mövzusunda təlim keçirilmişdir. İqtisadiyyat Nazirliyi sözügedən təlimdə təmsil olunmuşdur.

·         16-17 sentyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Yoxsulluq səviyyəsinin azaldılması üzrə İşçi Qrupunun "İsƏT-ə üzv ölkələrdə Təbii fəlakətlərin cəmiyyətin yoxsul hissəsinə mənfi təsirlərinin azaldılması" mövzusunda 23-cü iclasında Nazirliyin əməkdaşının iştirakı təmin olunmuşdur.

·         19-20 sentyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Ticarət üzrə İşçi Qrupunun "İsƏT-ə üzv ölkələrdə keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi" mövzusunda 23-cü iclasında Nazirliyin əməkdaşlarının iştirakı təmin olunmuşdur.