Müstəqil Dövlətlər Birliyi

 

 

Təşkilatın adı

Müstəqil Dövlətlər Birliyi (MDB)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi: 21 dekabr 1991-ci il.

· Nizamnaməsi 22 yanvar 1993-cü ildə imzalanmışdır.

  • Üzv dövlətlər: Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Ermənistan, Ukrayna (Ukrayna 2014-cü ildən MDB-dən çıxma prosesindədir . )
  • Təşkilati struktur
  • Katiblik – İcraiyyə Komitəsi
  • Dövlət Başçıları Şurası
  • Hökumət Başçıları Şurası
  • İqtisadi Şura
  • İqtisadi Şuranın yanında İqtisadi Məsələlər üzrə Komissiya
  • Xarici İşlər Nazirləri Şurası
  • İqtisadi Məhkəmə
  • Daimi Səlahiyyətli Nümayəndələrin Şurası
  • Sergey Lebedev – MDB-nin Baş Katibi (5 oktyabr 2007-ci ildən etibarən)

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

  • MDB Dövlət Başçıları Şurasının iclasında dövlət başçısı səviyyəsində,  Hökumət Başçıları Şurasının iclasında Baş nazir səviyyəsində, İqtisadi Şuranın iclasında Baş nazirin müavini səviyyəsində daimi əsasda iştirak təmin edilir ;
  • MDB-nin gələcək inkişaf Konsepsiyası (18 dekabr 2020-ci il) Prezident və MDB-nin 2030-cu ilədək İqtisadi İnkişaf Strategiyası (29 may 2020-ci il) Baş nazir tərəfindən xüsusi rəylərlə imzalanmışdır.
  • Konsepsiya MDB-nin üzv dövlətlərinin MDB-yə ümumi baxışını, onun təkamülünün məqsəd və istiqamətlərini əks etdirən əlaqələndirilmiş baxışlarının məcmusudur, sənəddə iqtisadi əməkdaşlıq MDB üçün əsas prioritet kimi müəyyən edilib.
  • Strategiyanın əsas məqsədi MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının davamlı iqtisadi inkişafı, həyat səviyyəsinin yüksəldilməsi, rifah halının yüksəldilməsi üçün əlverişli şərait yaratmaqdır.
  • III MDB Oyunları 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın 7 şəhərində keçirilmişdir.