Təşkilatın adı |
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) |
Təşkilata dair ümumi məlumat |
· Yaranma tarixi: 25 iyun 1992-ci il. · Üzv dövlətlər: Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna, Serbiya, Şimali Makedoniya. · Məqsədi: Regional əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsi və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi. · Fəaliyyət sahələri: ticari və iqtisadi inkişaf, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı, mədəniyyət, bank və maliyyə, gömrük məsələləri, təhsil, energetika, ətraf mühitin qorunması və s. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Bu günə qədər Azərbaycan Respublikası QDİƏT çərçivəsində 11-dən çox müxtəlif rəsmi sənədlərin hazırlanmasında və qəbul olunmasında, müvafiq işçi qrupların iclaslarında iştirak etməkdədir. · 2005-2007-ci illərdə Azərbaycan Respublikası enerji üzrə işçi qrupun fəaliyyətini koordinasiya etmişdir. · QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 2009-cu il 15-16 aprel tarixində keçirilən 20-ci toplantısının qərarına əsasən, təşkilata sədrliyi 2009-cu ilin 1 may tarixindən altı ay müddətində Azərbaycan həyata keçirmişdir. · 26 iyun 2012-ci il tarixində İstanbulda Prezident İlham Əliyevin də iştirakı ilə QDİƏT-in 20 illik Yubiley Sammiti, 2012-ci il 18-19 oktyabr tarixlərində isə Türkiyənin İstanbul şəhərində Ticarət və Əməkdaşlıq üzrə İşçi Qrupun iclası keçirilmişdir. · 20 fevral 2014-cü il tarixində Bakı Biznes Mərkəzində Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forum keçirilmişdir. Tədbir QDİƏT-in Biznes Şurası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Ərzaq Təşkilatı tərəfindən və Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir. · 9-10 may 2017-ci ilin tarixlərində İstanbulda QDİƏT iqtisadiyyat nazirlərinin 4-cü iclası və yüksək səviyyəli məmurlar görüşü keçirilmişdir. Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iştirak etmişdir. · 1 iyul 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək Azərbaycan Respublikası Təşkilata sədrlik etmişdir. · QDİƏT Xarici İşlər Nazirləri Şurasının 2021-ci ilin 17 dekabr tarixində keçirilmiş iclasında namizədliyimiz konsensusla dəstəklənmiş və Azərbaycan 2022-ci ilin 1 yanvar tarixindən ikiillik müddətə kiçik və orta sahibkarlıq üzrə işçi qrupunda əlaqələndirici ölkə təyin olunmuşdur. |