- Daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.
- Emal əməliyyatları dedikdə, malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarla dəyişikliklər edilərək təkmilləşdirmə və sadələşdirmə aparılmışdır.
- Qaydalara edilən dəyişikliklərin gətirdiyi əsas yenilik nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac etmək imkanı əldə edir.
- Qaydalara bundan əvvəl edilən dəyişikliklərin gətirdiyi daha bir mühüm yenilik gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsinin aradan qaldırılmasıdır.
- Bundan başqa, son dəyişikliklər nəticəsində daxildə emal xüsusi gömrük prosedurundan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi də sadələşdirilmişdir.
- Qaydalara dəyişikliklər qəbul edilənədək daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanı bir növ sifariş (emal) müqaviləsi ilə məhdudlaşdırılmışdı və məcburi təminat tələbi mövcud idi.
2026-cı ilin I yarımili ərzində daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə dünyanın 60 ölkəsinə ixrac həyata keçirilmişdir. Prosedurun tətbiqi ilə 6 ölkəyə — Sinqapur, Tayvan (Çin), Toqo, Mərkəzi Afrika Respublikası, Mali və Cənubi Koreyaya ilk dəfə ixrac həyata keçirilmişdir. Daxildə emal rejimindən istifadə nəticəsində 2026-cı ilin I yarımilində ixrac olunan malların cəmi dəyəri 121,2 milyon ABŞ dolları təşkil etmişdir.
Hesabat dövründə prosesə 10 yeni şirkət qoşulmuşdur.
Daha ətraflı
Sahibkarlar Dövlət Gömrük Komitəsinə birbaşa və ya müvafiq yerli orqanlar vasitəsilə müraciət edə bilərlər.