İqtisadiyyat Nazirliyi investorları dövlət-özəl tərəfdaşlığı layihələrində iştiraka dəvət edir
Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyi potensial özəl tərəfdaşları aşağıda qeyd olunan dövlət-özəl tərəfdaşlığı layihələrinə dair niyyət bildirməyə dəvət edir:
1. Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi layihəsi
2. Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi
3. Heyvan cəsədlərinin və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası layihəsi
4. Hövsan aerasiya (ÇSTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması layihəsi
5. Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması layihəsi
6. Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması layihəsi