Xarici investisiyanın cəlb olunması üçün potensial investisiya sahələri
Sənaye sahəsi
Kimya, metallurgiya və energetika sənayeləri
- nisbətən az enerji və su tutumlu yerli istehlak və ixrac yönümlü polimer materialların istehsalı;
- yerli istehlak və ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı;
- əlvan metal və qırıntılarından yerli istehlak və ixrac yönümlü son məhsul istehsalı (alüminium oksidləri və emal olunmuş alüminium, mis, qızıl, gümüş, platin və s.);
- parfumeriya məhsullarının istehsalı;
- poliüretan məhsullarının istehsalı;
- alternativ və bərpa olunan enerji mənbələrindən enerji istehsalında istifadə olunan müxtəlif növ avadanlıqların istehsalı;
- bərk məişət tullantılarının təkrar emalı müəssisələri;
- energetika avadanlıqlarının istehsalı;
- plastik qab istehsalı;
- kommunal təsərrüfat avadanlıqlarının istehsalı.
Maşınqayırma sənayesi və tikinti materiallarının istehsalı
- mövcud maşınqayırma müəssisələrinin özəlləşdirilməsinə müasir texnologiyalar və müvafiq nou-hauya malik xarici investorların cəlb edilməsi;
- dəmir yolu və metropolitendə istifadə olunan vaqon, lokomotiv, eskalatorlar üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri;
- avtomobil nəqliyyat üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri;
- inşaat materiallarının istehsalı;
- tibbi cihazlar və avadanlıqların istehsalı;
- məişət texnikasının istehsalı.
Yeyinti və yüngül sənaye
- pambıq və pambıq məhsullarının emalı;
- yun emalı;
- gön-dəri emalı;
- baramaçılıq təsərrüfatlarının yaradılması;
- yerli xammala əsaslanan toxuculuq və tikiş məhsullarının istehsalı;
- əl ilə toxunan xalçalar;
- yüksək keyfiyyətli ayaqqabı istehsalı;
- ağac emalı və mebel istehsalı;
- tarixi-mədəni, milli-tətbiqi sənətkarlıq məhsullarının istehsalı (milli suvenirlər, hədiyyələr, mis qablar və s.);
- məhsulların qablaşdırılması üçün tara və avadanlıqlar istehsalı;
- ərzaq məhsullarının istehsalı;
- kənd təsərrüfatı məhsullarının emalı.
Aqrar sahəsi
Aqrar sektorun maddi-texniki bazası
- kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanılması məqsədilə regionlarda soyuducu kameralar, anbarlar, elevatorlar və s. ilə bağlı layihələr;
- kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin, gübrələrin və bitki mühafizəsi vasitələrinin, baytarlıq preparatlarının istehsalı;
- heyvandarlıq və quşçuluq sənayesinin tələbatını təmin etmək üçün müasir tipli yem emalı müəssisələrinin tikintisi və məhsul istehsalı;
- un dəyirmanlarının tikintisi.
Bitkiçilik
- pambıqçılıq;
- üzümçülük, meyvəçilik;
- tütünçülük;
- şəkər çuğunduru;
- taxılçılıq;
- toxumçuluq, tingçilik təsərrüfatlarının yaradılması;
- tərəvəzçilik və bostançılıq;
- çayçılıq;
- yağlı bitkilər, zeytunçuluq, günəbaxan;
- ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı;
- intensiv bağçılıq təsərrüfatlarının yaradılması.
Heyvandarlıq
- cins heyvanların yetişdirilməsi üzrə təsərrüfatlar;
- quşçuluq, damazlıq quşçuluq;
- arıçılıq;
- balıqçılıq;
- damazlıq və südlük istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması.
İKT sahəsi
- milli telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində dövlət və özəl sektor arasında əməkdaşla xarici investorların cəlb edilməsi;
- İKT məhsullarının istehsalı;
- rəqəmsal yayımverici və qəbuledici avadanlıqların istehsalı;
- kompüter texnologiyaları;
- elm və texnologiyaya əsaslanan informasiya sahələri.
Turizm sahəsi
- dağ idman növlərinin inkişafı;
- kurort-sanatoriya, turist-baza kompleksləri;
- müalicəvi turizm istirahət mərkəzləri;
- regionlarda mehmanxanalar.