İnvestor seçiminə dair müsabiqə elanı

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Kəlbəcər və Laçın rayonlarında yerləşən kiçik su elektrik stansiyalarının (KSES) bərpası və istismarı layihəsinə (Layihə) investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edir.

Layihənin məqsədi, bu elanın tərkib hissəsi olan Əlavə 1-də göstərilən kiçik su elektrik stansiyalarının özəl-dövlət tərəfdaşlığı prinsipi əsasında bərpa (yenidən qurulması) edilərək istismar və fəaliyyətinin təşkil edilməsi və nəticədə istehsal olunmuş enerjini dövlətə məxsus şəbəkəyə satmaqdır. Bu məqsədlə layihədə iştirak edəcək potensial investor-tərəfdaş müvafiq sahədə təcrübəyə, lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır.

Müsabiqədə iştirak üçün iddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

  • Yerli iddiaçılar
  1. Təsis və dövlət qeydiyyat sənədləri (nizamnamə, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarış notarial qaydada təsdiq edilmiş surəti);
  2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (notarial qaydada təsdiq edilmiş surəti);
  3. Şirkətin maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin hər il 1 milyon manatdan yuxarı olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və audit olunmuş maliyyə hesabatları);
  4. Şirkətin biznes idarəçiliyi, komandası, o cümlədən şirkətin son 3 il ərzində elektrik enerji istehsalı, həmçinin elektrik stansiyalarının idarə olunması və istismarı sahəsində icra etdiyi layihələrə dair məlumat; 
  • Xarici iddiaçılar
  1. Təsis və qeydiyyat sənədləri
  2. Şirkətin maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin hər il 1 milyon manatdan yuxarı olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və audit olunmuş maliyyə hesabatları);
  3. Şirkətin biznes idarəçiliyi, komandası, o cümlədən şirkətin son 3 il ərzində elektrik enerji istehsalı həmçinin elektrik stansiyaların idarə edilməsi və istismarı sahəsində icra etdiyi layihələrə dair məlumat;

 

  • Qeyd 1: Təhlil zamanı yerli və xarici təşəbbüskardan əlavə sənədlər və məlumatlar tələb edilə bilər.
  • Qeyd 2: Xarici təşəbbüskar növbəti mərhələyə keçərsə, sənədlərin apostil edilmiş surətləri tələb olunacaq.
  • Qeyd 3: Seçilmiş investor və (və ya investorlar) layihənin maliyyə iqtisadi əsaslandırılmasını həyata keçirəcək və investisiya səmərəliliyi məqbul hesab edildiyi halda icrasına dair qərar qəbul ediləcəkdir.
  • Qeyd 4: Seçilmiş investorla birlikdə layihənin idarə edilməsi məqsədilə yaradılacaq hüquqi şəxsin səhm kapitalına AİŞ-in iştirak payı maksimum 30%-dir. Nizamnamə kapitalının qalan 70% hissəsi qalib investor (və ya investorlar) tərəfindən təmin edilməlidir. Eyni zamanda, layihənin maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılışmış müddətdə AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.

Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar 16 dekabr 2022, saat 17:00-ə qədər qeyd edilən sənədləri Azərbaycan İnvestisiya Şirkəti ASC-nin ünvanına təqdim edə bilərlər.

Ünvan: 

AZ 1025, Bakı şəhəri, 8 Noyabr prospekti 25E,

Bakı Ağ Şəhər Ofis Binası, 3-cü mərtəbə,

Tel: +994 12 488 80 10

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

ƏLAVƏ 1.

İşğaldan azad edilmiş ərazilərdə mövcud su elektrik stansiyaları

Adı

Çaylar

Ehtimal olunan güc, MVt

İllik elektrik enerjisi istehsalı mln, KVt/saat

Tikintialtı sahə m2

Su səthinin səviyyəsi

Aşağı byef

Yuxarı byef

Basqı

Statik

Basqı

Hesabi

Hesabi sərf

m3/san

Vəziyyəti

 

Koordinantları

Kəlbəcər rayonu

 

1

Tərtər 1

Tərtərçay

2.4

6,8

350

2154

2343

189

166

1,71

Baş qurğunun bir qismi və KSES-dağılıb, borular təmir olunmalıdır.

Suqəbuledici (582728.00 m В, 4420604.00 m С)

Bina (582135.00 m В, 4421694.00 m С)

2

Tərtər 4

Tərtərçay

12.8

36,8

350

1366

1523

157

138

11,14

Baş qurğu və boru yoxdur,  KSES binası dağıdılıb.

Suqəbuledici (586923.00 m В, 4434398.00 m С)

Bina (590605.00 m В, 4442561.00 m С)

3

Lev-2

( Kəlbəcər 4)

Lev çayı

1.7

5,0

350

1414

1468

54

48

4,31

Baş qurğu və boru yoxdur, KSES binası dağıdılıb.

Suqəbuledici (595276.00 m В, 4456007.00 m С)

Bina (595272.00 m В, 4454215.00 m С)

4

Kəlbəcər-2

Lev çayı

0,9

2.5

350

1181,49

1152,61

28,88

19,88

5,2

Baş qurğu və boru var, KSES binası dağıdılıb.

X 601914.00 m E

Y 4447667.00 m N

5

Meydan 1

Maydan çayı

2.9

8,6

350

1590

1939

349

307

1,17

Baş qurğu, boru və KSES binası dağıdılıb. 

Suqəbuledici (604212.00 m В, 4454567.00 m С)

Bina (608786.00 m В, 4456233.00 m С)

 

Cəmi:

 

20.7

 

 

 

 

 

 

 

 

 

 

Laçın rayonu

 

 

1

Hocaz

Hoçazsu çayı

7.4

21,25

350

965

1086

121

106

8,36

Baş qurğu və KSES binası yenidən qurulmalı. Boru aşkarlanmayıb. 

X 627656.00 m E

Y 4393868.00 m N

2

Minkənd

Minkənd yolu

Zabux çay/ Ağoğlan çayı

1.8

5.18

350

1550

1685

135

120

1,8

Baş qurğu və KSES binası dağıdılıb. Boru təmir olunmalıdır.

X 608279.00 m E

Y 4395069.00 m N

3

Qalaca 1

Minkənd yolu

Zabux çay/ Ağoğlan çayı

1.1

3,22

350

1422

1685

263

232

0,58

Baş qurğu və KSES binası dağıdılıb. Boru təmir olunmalıdır.

X 610784.00 m E

Y 4394731.00 m N

4

Qalaca 2

Minkənd yolu

Zabux çay/ Ağoğlan çayı

3.4

9,88

350

1390

1548

158

140

2,94

Baş qurğu və KSES binası dağıdılıb. Borunun bir hissəsi mövcuddur qalan hissəsi sökülüb.

X 610686.00 m E

Y 4394692.00 m N

5

Malıbəy

Minkənd yolu

Zabux çay/ Ağoğlan çayı

5.1

14,57

350

1010

1114

104

90

6,75

Baş qurğu və KSES binası dağıdılıb. Boru aşkarlanmayıb.

X 624824.00 m E

Y 4386899.00 m N

 

Cəmi:

 

18.8