“SADIQ 06” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 10-a çatıb.
Yeni rezident “SADIQ 06” MMC Masallı Sənaye Məhəlləsinin ərazisində tütünün quruldulması və emalını həyata keçirən müəssisə inşa edəcək. İnvestisiya həcmi 1,9 milyon manat olan müəssisədə 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.