İqtisadiyyat Nazirliyində təşkil olunan müzakirədə “Yaşanılabilən Bakı” layihəsinin hazırlanması çərçivəsində görülən işlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyində “Yaşanılabilən Bakı” layihəsi üzrə əməkdaşlıq məsələlərinə həsr olunmuş müzakirə keçirilib. Tədbirdə aidiyyəti qurumların və Dünya Bankının nümayəndələri iştirak ediblər.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov layihənin ekoloji, infrastruktur və şəhərsalma baxımından əhəmiyyəti barədə fikirlərini bildirib. Layihənin hazırlanması çərçivəsində görülmüş və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər qeyd olunub.
Müzakirədə layihənin ekoloji vəziyyətin yaxşılaşdırılması və şəhər infrastrukturunun inkişafı ilə bağlı əsas istiqamətləri nəzərdən keçirilib.
“Yaşanılabilən Bakı” layihəsi Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması, tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi, göllərin və çirklənmiş ərazilərin bərpası, şəhər infrastrukturunun və yaşayış mühitinin yenilənməsini nəzərdə tutan layihədir.
Noyabr 18, 2026 15:55
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib