Noyabrın 21-də Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Belqradda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad edib. Nümayəndə heyəti həmçinin, 1999-cu ildə Belqradın bombardman edilməsi nəticəsində həlak olan uşaqların xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzüb.
Biznes forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi potensialını qeyd edib, biznes forumun iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyini vurğulayıb.
Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri xanım Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
Forumda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov İqtisadi Zonanın investisiya imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Serbiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanları, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac potensialı barədə danışıblar.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib