Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.
Yarışların növbəti turunda İqtisadiyyat Nazirliyinin komandası Dövlət Neft Fondunun təmsilçiləri ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İqtisadiyyat Nazirliyinin komandası 5:0 hesabı ilə qalib gəlib.
İqtisadiyyat Nazirliyinin komandası dekabrın 10-da keçirəcəyi növbəti oyunda Fövqəladə Hallar Nazirliyinin komandası ilə yarışacaq.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib