İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclası keçirilir. “COVID-19 pandemiyası ilə bağlı effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda təşkil olunan tədbirdə İƏT-ə üzv ölkələrdə COMCEC Strategiyasının icrası, ticarət, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, maliyyə, rəqəmsal transformasiya, yoxsulluğun aradan qaldırılması, özəl sektorun inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunur.
İƏT-ə üzv ölkələrin dövlət qurumlarının, təşkilatın ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib