Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir. Yarışların növbəti turunda İqtisadiyyat Nazirliyinin komandası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İqtisadiyyat Nazirliyinin komandası 7:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bundan əvvəlki turda Nazirliyin komandası Dövlət İmtahan Mərkəzinin komandası üzərində qələbə qazanıb – 3:0.
İqtisadiyyat Nazirliyinin komandası yanvarın 21-də keçirəcəyi növbəti oyunda İpoteka və Kredit Zəmanət Fondunun komandası ilə qarşılaşacaq.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib