İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramının yarımfinal mərhələsində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev finalçıları təbrik edib, artıq ikinci dəfə təşkil edilən müsabiqənin intellektual səviyyəsi və idarəçilik potensialı yüksək olan əməkdaşların müəyyən edilməsi, onların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini qeyd edib.
Nazirin birinci müavini “Uğur yolu” karyera inkişaf proqramının finalçılarından Nazirlik qarşısında qoyulan vəzifələrin icrasında gözləntilərini, əldə olunmuş təcrübə və bacarıqların uğurla tətbiq ediləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil edilən “Uğur yolu” karyera inkişaf proqramının məqsədi Nazirlikdə yüksək potensiallı kadrların ehtiyat bazasının formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və hərtərəfli inkişafı üçün daha əlverişli şəraitin yaradılması, idarəetmə sahəsində təcrübə mübadiləsidir. Proqram həmçinin, korporativ mədəniyyətin güclənməsinə, əməkdaşlar arasında işgüzar əlaqələrin genişlənməsinə, effektiv ünsiyyətin formalaşmasına şərait yaradır.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib