Sahibkarlar biznes sahəsində təlimlərə, bilik və bacarıqlara olan ehtiyaclarını videotəlim platforması vasitəsilə qarşılaya bilərlər. Platformada hər biri 20 mövzudan ibarət olmaqla 180 təlim videosu yerləşdirilib. Videotəlimlər biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili və s. mövzuları əhatə edir. Platformada təlim mövzularının təqdimatları, eləcə də müvafiq özünüqiymətləndirmə testləri və təlimçilər barədə məlumatlar da öz əksini tapıb.
Qeyd edək ki, video təlim platforması sahibkarların təlim imkanlarının və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsi məqsədilə innovativ yanaşmaya və müasir təcrübəyə əsaslanmaqla Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Platformanın əsas üstünlükləri istifadəçinin yaşadığı yeri tərk etmədən, istədiyi vaxtda və istədiyi yerdən təlimləri izləmək imkanıdır. Digər bir üstünlük isə platformadan istifadənin ödənişsiz olmasıdır. İndiyədək onlayn təlim platformasından mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxslər yararlanıb. Video təlimlərdən “www.kobim.az” saytında qeydiyyatdan keçməklə faydalanmaq olar.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib