İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi, 76) fəaliyyət göstərəcək.
Bununla əlaqədar keçirilən tədbirdə Dövlət Xidmətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Yeni inzibatı binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.
Açılış tədbirindən sonra yeni inzibatı binada sahibkarlarla görüş keçirilib, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, suallar cavablandırılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib