İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC daha bir ölkəyə - Gürcüstana şüşə butulkaların ixracına başlayıb. İlkin mərhələdə Gürcüstana təqribən 3,5 min ədəddən çox şüşə butulka göndərilib.
Qeyd edək ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış “Glassica” QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.
Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilib. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib