İqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin rəhbərliyi ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun növbəti iclası keçirilmişdir.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin müvafiq komponentləri üzrə 2022-ci il ərzində görülmüş işlər və qarşıda duran tapşırıqlara dair məlumatlar təqdim edilmiş və icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.
İclas zamanı, həmçinin fəaliyyətini tamamlamış “Xarici ticarət və ticarət tarifləri” işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının və “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi” üzrə 2022-ci il üçün Yol Xəritəsinin icrasına dair müvafiq təqdimatlar edilmişdir.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunmuşdur.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib