İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının üzvü Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən nazirin birinci müavini əməkdaşlığın genişləndirilməsi üçün imkanları vurğulayıb. Nazirin birinci müavini bu imkanların reallaşdırılmasında biznes forumların, işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib, qarşılıqlı investisiya qoyuluşu və işğaldan azad olunmuş ərazilərimizin bərpası layihələrində əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının üzvü Alberto Viyya Viyyeqas ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Meksika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərini diqqətə çatdırıb, Meksika sahibkarlarının Azərbaycan şirkətləri ilə tərəfdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Meksika iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.