SPECA çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, ticarətin və nəqliyyatın asanlaşdırılması məsələləri müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.
Görüşdə Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, üzv ölkələr arasında əməkdaşlığın təşviqinin, ticarət və nəqliyyat əlaqələrinin daha da asanlaşdırılmasının önəmi vurğulanıb.
Tərəflər həmçinin SPECA üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin görüşünün keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparıblar.
Qeyd: BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib