“İT-Akademiya”nın məzunlarına sertifikat təqdim edilib
Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahə üzrə peşələrə yiyələnmək istəyənlər üçün həyata keçirilən “İT-Akademiya” layihəsinin "İT sahəsində karyeranıza başlayın" adlı ilk məzun günü keçirilib.
Məzun günündə “Baku Steel Company”nin Aparat rəhbəri Şeyla Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov layihənin əhəmiyyəti barədə fikirlərini bildirib, məzunlara karyeralarında uğurlar arzulayıblar.
Tədbirdə “Whelp” və “SmilePay” startaplarının qurucusu Seymur Rəsulov süni intellekt dövründə İT mütəxəssisi üçün lazımi bacarıqlardan danışıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Gülnar Mirhüseynova və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov isə innovasiyaların İT sahəsinin inkişafı və mütəxəssislərin işinin təkmilləşdirilməsində mühüm rolunu qeyd ediblər.
Bununla yanaşı, PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı, “Kibrit”, “BIRainy” və digər şirkətlərin nümayəndələri məşğulluq və təcrübə haqqında məzunlara ətraflı məlumat veriblər.
Daha sonra “İT-Akademiya”nın müəllimləri məzunlara təhsilin tamamlanmasına dair sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, layihə Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, “Baku Steel Company” və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib