İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən ictimai birliklər və assosiasiyalarla ictimai müzakirələri davam etdirir. Növbəti müzakirə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə keçirilib. Tədbirdə Azərbaycanda sığorta bazarının mövcud vəziyyəti, bu sahədə görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, assosiasiya tərəfindən şirkətlərə göstərilən dəstək və xidmətlərin əhatə dairəsi və digər mexanizmlər barədə məlumat verilib.
Görüşdə sığorta şirkətləri tərəfindən istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması, istehlakçı məmnunluğunun təmin olunması məsələləri müzakirə olunub.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur