“Azəripək” MMC-nin özəlləşdirilmə perspektivləri, müəssisəyə investorların cəlb edilməsi məsələsi müzakirə olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə Nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb, “Azəripək” MMC-nin özəlləşdirilmə imkanları, istehsal olunan məhsullar barədə məlumat verilib. İclasda özəlləşdirmə prosesinə bu sahədə təcrübəyə malik investorların cəlb edilməsinin vacibliyi qeyd olunub.
Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib