Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Elberg" MMC Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Elberg” MMC tərəfindən ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac ediləcək. İmzalanmış müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək. Bu Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək ilk ixracdır. Şirkət tərəfindən Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, "Elberg" MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və Sənaye Məhəlləsinin ərazisində metal konstruksiya və tikinti materialları avadanlıqlarının istehsalını həyata keçirir. Müəssisəyə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40-dan çox iş yeri yaradılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib