İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 30 mart 2023-cü il tarixində Tərtər rayonunda (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, 46, Gənclər Mərkəzi) Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.
Qəbula gəlmək istəyən Tərtər və Bərdə rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.