4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək hərraca 88 sayda müxtəlif əmlaklar çıxarılıb.
Hərraclar ölkə üzrə özəlləşdirmənin ən geniş tətbiq olunan üsullarındandır. Hərraclar vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprel ayında 4, 11, 12, 18 tarixlərində keçiriləcək. Aprelin 4-də keçiriləcək hərraca 10 obyekt, 11-də isə 14 obyekt və 33 nəqliyyat vasitəsi çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var. Aprelin 12-də keçiriləcək hərraca “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məxsus 4 avtomobil çıxarılıb.18 aprel tarixində təşkil olunacaq hərracda isə alıcılara 27 nəqliyyat vasitəsi təklif olunur. Qeyd olunan tarixə çıxarılan nəqliyyat vasitələrinin siyahısında ilkin start qiyməti 30 000 manat olan gəmi də var.
Hərraca çıxarılan əmlakların tam siyahısı: https://clck.ru/33TqtH
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib