Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir. Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bununla da rezidentlərin sayı 35-ə çatıb.
Yeni rezidentlər - “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağı, “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsalı, “Sakuraz Green Energy” MMC isə litium akkumulyatorlarının bərpasını həyata keçirəcək müəssisə inşa edəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib