2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və müxtəlif tədbirlər təşkil olunur.
İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
İntellektual oyunda İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 31 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.
Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılmasıdır.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib