Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 10 milyon manat investisiya yatırılacaq, 120 nəfər işlə təmin ediləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında “BAFCO İnvest” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb.
“BAFCO İnvest” MMC Ağdam Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisə inşa edəcək.
İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 120 nəfər işlə təmin ediləcək. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib