Azərbaycan və Türkiyə bulud texnologiyaları sahəsində təcrübə mübadiləsi aparır.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
Qeyd: 4SİM ilə Türkiyənin “Bulutistan” şirkəti arasında ötən il əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi 4Sİ texnologiyalarının tətbiqinin sürətləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, innovasiyaları stimullaşdırmaq, bulud xidmətlərindən istifadəni təşviq etməkdir.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib