Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 2,2 milyon manat investisiya yatırılacaq, 40 nəfər işlə təmin ediləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında “Ağdam Süd” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 16-ya çatıb.
“Ağdam Süd” MMC tərəfindən Sənaye Parkının ərazisində investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi inşa ediləcək. 40 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur