İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik istehsal gücünün 100 ədəd avtobusdan 500 ədəd avtobusa çatdırılması, yaxın gələcəkdə Qarabağ regionunda da bu cür avtobusların istehsalına başlanılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub.
Anlaşma Memorandumu STP-nin baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib