İqtisadiyyat Nazirliyinin əməkdaşlarından ibarət komanda ən yüksək nəticə göstərib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.
Ümumilikdə 37 dövlət qurumunu təmsil edən komandaların iştirak etdiyi intellektual oyunda İqtisadiyyat Nazirliyinin əməkdaşlarından ibarət “Mineco” komandası ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. Dövlət İmtahan Mərkəzinin “DİM” komandası II, Xarici İşlər Nazirliyinin “Diplomat” komandası isə lll yerin qalibi olublar.
Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib