Moldova ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci İllik Toplantısı çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.
Tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə müzakirə aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib